Modern.az

Şimali Koreya lideri Çindədir  

Şimali Koreya lideri Çindədir   

Dünya

8 May 2018, 10:09

Şimali Koreya lideri Kim Çen Inın Çinin Dalayan şəhərində olduğu ehtimal edilir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdə Şimali Koreyadan gəlmiş rəsmi ilə görüş üçün həddən artıq ciddi təhlükəsizlik tədbirləri görülüb.

 

Məlumata görə Çinin Dövlət Şurasının Üzvü və xarici işlər naziri Van İ də artıq şəhərdədir.

 

Bəzi məlumatlara görə oraya həmçinin Çin lideri Si Cinpinin də gələcəyi gözlənilir.

Ümumiyyətlə şəhərdə hər bir neçə metrdən bir polis nəfərləri keşik çəkir. Bundan əlavə yüksək çinli qonağın qaldığı ehtimal edilən yerə gedən bütün yollar bağlanılıb. Həmçinin şəhər istiqamətində və şəhərdən bütün uçuşlar qadağan edilib.

Yerli sakinlərin sözlərinə görə şəhərdə bu cür təhlükəsizlik tədbirləri bazar ertəsindən tətbiq edilir.

 

Burada maraqlı məqamlardan biri çərşənbə axşamı Dalayan hava limanına Şimali Koreyanın “Air Koryo” aviaşirkətinin təyyarəsinin enməsi olub. Dalayan və Şimali Koreya arasında heç bir hava əlaqəsi yoxdur.

 

Qeyd edək ki, martın sonlarında Şimali Koreya lideri Kim Çen In qatarla Çinə səfər edib. Bu onun 2011-ci ildə Şimali Koreyaya rəhbərlik etməyə başlamasından sonra ilk xarici səfəri olub. Onun atası Kim Çen Ir heç zaman hava nəqliyyatından istifadə etməyib. O dəfələrlə özünün xüsusi qatarı ilə Çinə və Rusiyaya səfərlər edib. Lakin oğlu Kim Çen In isə hətta ölkə daxilində belə dəfələrlə hava nəqliyyatından istifadə edib.

 

Əvəz ZEYNALOV

 

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!