Modern.az

Tramp: "Kim Çen Inla görüş vaxtı və yeri təyin olunub"

Tramp: "Kim Çen Inla görüş vaxtı və yeri təyin olunub"

8 May 2018, 23:25

ABŞ və Şimali Koreya prezidentləri Donald Tramp və Kim Çen In arasında görüşün yeri və vaxtı təyin olunub.

 

Modern.az xarici mediaya  istinadən xəbər verir ki, bunu Amerika lideri Donald Tramp çıxışı zamanı deyib.

 

"Bizim görüşümüz cədvələ daxil edilib. Biz görüş barədə razılığa gəlmişik. Yer müəyyən edilib. Vaxt, tarix, hamısı təyin olunub", - deyə o bildirib və bu barədə əlavə məlumat verməyib.

 

Dövlət başçısı həmçinin qeyd edib ki, görüşün detallarının razılaşdırılması məqsədi ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo Şimali Koreyaya göndərilib və o, tezliklə Pxenyanda olmalıdır.

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!