Modern.az

AKP parlament seçkilərin əsas favoritidir - SORĞU

AKP parlament seçkilərin əsas favoritidir - SORĞU

Dünya

11 May 2018, 11:15

"Metropol" araşdırma şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə AKP parlament seçkilərində 54% səs toplayacaq.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyədə 24 iyun tarixində keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində ən yüksəs səsi Ədalət və İnkişaf Partiyasının ( AKP) qazanacağı ehtimal olunur. "Metropoll" araşdırma şirkətinin 13-20 aprel tarixlərində 2063 nəfərin iştirakı ilə keçirdiyi sorğunun nəticələri açıqlanıb. Nəticəyə görə AKP-nin topladığı səslər 54% təşkil edir.

 

Sorğunun nəticələrinə görə AKP-dən başqa daha 3 partiya 10%-lik səddi keçməlidir.  Cumuriyyət Xalq Partiyası ( CHP) 21%, "İYİ" Parti 12%, Xalq Demokrat Partiyası ( HDP) 10% səs toplayıb.

  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı