İsrail-Fələstin sərhədində toqquşmalarda ölənlərin sayı 25-ə, yaralı sayı isə 1000-ə çatıb.
Modern.az xəbər verir ki, 20 mindən çox fələstinlinin Qəzza sektorundan İsrail postlarına doğru hərəkət etməsi ciddi toqquşmalara səbəb olub.
Etirazlar ABŞ-ın saəfirliyini Tel-Əvivdən Qüdsə köçürməsi ilə bağlıdır.
xxx
İsraillə sərhəddə 10 fələstinli həlak olub, 500 nəfər isə yaralanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Haaretz” qəzetinin məlumatlına görə Qəzza sektoru ilə İsrail arasında sərhədə toplaşan fələstinlilər ABŞ-ın səfirliyini Qüdsə köçürməsinə etiraz edib.
Fələstin tərəfi ölənlər arasında 12 yaşlı uşağın da olduğunu bildirir.