Dünən ABŞ-ın öz səfirliyini Tel-Əvivdən Qüdsə köçürməsinə etiraz edən fələstinlilərlə İsrail hərbçiləri arasında qanlı toqquşmalar baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisələr zamanı 8 aylıq fələstinli körpənin də öldüyü bildirilir.
Onun İsrail tərəfinin istifadə etdiyi zəhərli qazın doğurduğu fəsadlara görə keçindiyi hesab olunur. Fələstin tərəfi son 24 saat ərzində 59 nəfərin öldüyü, 3 minə qədər insanın isə yaralandığını elan edib.