Modern.az

Soros Fondu bu ölkədə nümayəndəliyini bağladı

Soros Fondu bu ölkədə nümayəndəliyini bağladı

15 May 2018, 14:45

ABŞ milyarderi və filantropu Corc Sorosun “Açıq cəmiyyət” Fondu Macarıstanın paytaxtı Budapeştdəki nümayəndəliyini bağlayır.

 

Modern.az fondun rəsmi saytına istinadən xəbər verir ki, təşkilat bu nümayəndəliyi Berlinə daşımaq niyyətindədir. 

Budapeşt nümayəndəliyinin bağlanma səbəbi kimi Macarıstan rəhbərliyi tərəfindən göstərilən siyai və hüquqi repressiyalarla əlaqələndirilir. Qərar qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdırmaq üçün yeni bir qanun paketinin qəbul edilməsi ərəfəsində qəbul edilib.

 

Həmçinin təşkilat Macarıstan hökumətini fonda qarşı yalan kompaniyası aparmaqda ittiham edib. Belə ki, 2017-ci ilin oktyabrında Macarıstan vətəndaşlarına 7 milyon məktub paylanılıb. Bu məktublarda “Açıq cəmiyyət” ölkəyə qaçaq immiqrantların gətirilməsində ittiham edilib. Fondun məlumatına görə Macarıstan hökuməti bu işə artıq 100 milyon avro  xərcləyib.

 

Qanun layihəsi immiqrantlarla işləyən qeyri-hökumət təşkilatlarını Xarici İşlər Nazirliyindən lisenziya almağa və xarici maliyələşməyə görə 25% vergi ödəməyə məhkum qılır. Həmçinin dövlət təhlükəsizlik xidmətləri tərəfindən bu təşkilatlar yoxlanıla bilər.

 

Qeyd edək ki, 2017-ci ilin aprelində “Soros Universiteti” macarıstan hakimiyyəti tərəfindən bağlanılıb.

Məşhur nəşr “Forbes”in 2018-ci ili üçün araşdırmasına görə isə Corc Sorosun dövləti 8 milyard dollar dəyərində qiymətləndirilib. O, bu sərvətlə dünya üzrə 190-cı yerdə qərarlaşıb. 2017-ci ildə isə Soros öz sərvətinin böyük hissəsini “Açıq Cəmiyyət” fonduna bəxş edib.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı