Modern.az

Avropa Birliyi İran məsələsində ABŞ-a qarşı gedəcək

Avropa Birliyi İran məsələsində ABŞ-a qarşı gedəcək

Dünya

15 May 2018, 15:36

Britaniya, Fransa və Almaniya ABŞ-ın razılaşmadan çıxmasından sonra İrana tətbiq edilmiş sanksiyaların götürülməsini müzakirə edəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Xarici işlər naziri Baris Consonun verdiyi bəyanatda bildirilib.

Brüsseldə ABŞ-ın razılaşmadan çıxmasına baxmayaraq Britaniya, Fransa və Almaniya tərəfindən İrana tətbiq edilmiş sanksiyaların mərhələ-mərhələ qaldırılması məsələsinin saxlanılması müzakirə olunacaq.

 

“Biz İrana tətbiq edilmiş sanksiyaların etap-etap aradan qaldırılmasının saxlanılması variantlarını müzakirə edəcəyik. Bu həm bizim razılaşma çərçivəsində öz öhdəliklərimizi yerinə yetirdiyimizi göstərəcək, həmçinin İranının nüvə proqramına qoyulan məhdudiyyətlərə əməl etməsinə çağıracaq” – Conson bildirib.

 

O həmçinin ABŞ tərəfini razılaşmada qalan bütün tərəflərə təzyiqlər göstərməkdən çəkinməyə çağırıb.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı