Rusiya tərəfi Qüdsün statusu ilə bağlı açıqlama verib.
Modern.az Rusiya xarici işlər nazirliyinə istinadən xəbər verir ki, Rusiyanın bu barədə mövqeyi dəyişməz olaraq qalır.
Rusiya Qüdsün iki ölkənin birgə paytaxtı olmasının tərəfdarıdır.
“Bildirmək istərdik ki, Rusiyanın Qüdslə bağlı mövqeyi dəyişməz olaraq qalır. Şəhər iki müstəqil dövlətin İsrail və Fələstinin paytaxtı olmalıdır. Şəhər həmçinin digər tək allahlı üç dinin davamçılarına açıq olmalıdır” nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Qeyd edək ki, İsrailin yaranmasının 70 illiyi münasibəti və ABŞ-ın Təl-Əvvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar Qəzza zolağında gərginlik artıb. İsrail əsgərləri etriaz edən fələstinlilərə atəş açıblar. Hadisələr nəticəsində 61 fələstinli həyatını itirib, 2 mindən çox yaralı var. Fələstin lideri Mahmud Abbas 3 günlük matəm elan edib.
Əvəz ZEYNALOV