Modern.az

Suriyada 70 fransalı hərbçi tutuldu

Suriyada 70 fransalı hərbçi tutuldu

17 May 2018, 21:10

Bəşər Əsəd ordusu YPQ/PKK terrorçularına dəstək məqsədi ilə Suriyada döyüşən bir qrup fransalı hərbçini saxlayıb.

 

Modern.az-ın məlumatına görə, Əsədə sadiq qüvvələr Hasəkə əyalətinin Qamışlı rayonunda 70-ə yaxın fransalı hərbçini tutub. Hərbçilər iyirmi cipdən ibarət karvanla Deyr-əz-Zor istiqamətində hərəkət edib.

 

Onlar YPQ/PKK-nın nəzarətində olan nəzarət buraxılış məntəqəsindən keçmək əvəzinə alternativ marşrutla hərəkət edib və beləcə Əsəd rejiminin blokpostuna düşüb.

 

Fransız hərbçilər sorğu-sual edildikdən sonra YPQ nümayəndələri blokposta yaxınlaşıb və hərbçilərin İŞİD-ə qarşı mübarizədə onlara dəstək göstərdiklərini təsdiq edib.

 

Danışıqlardan sonra fransızlar sərbəst buraxılıb və hərbçiləri daşıyan karvan Qamışlının rayon mərkəzinə geri dönüb. (oxu.az)

Sizə yeni x var
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı