Modern.az

Trampın adı silahlı insidentdə hallanır

Trampın adı silahlı insidentdə hallanır

18 May 2018, 13:18

ABŞ prezidenti Donald Trampa aid qolf klubunda silahı insident baş verib.

 

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, hadisə Florida ştatının Doral şəhərində yerləşən “Trump National Golf Resort”-da baş verib.

 

Hadisə ilə bağlı Doral şəhər polis idarəsindən günahkarın artıq həbs edilməsi ilə bağlı məlumat verilib.

Hazırda zərərçəkmişlərlə bağlı heç bir məlumat verilməyib.

 

Qeyd edək ki, 2012-ci ildə “Trump Organization” şirkəti Doral şəhərində yerləşən içərisində otel və böyük sahəsi olan qolf kompleksini 150 milyon dollara əldə edib. Şirkət kompleksin adını dəyişdirərək “Trump National Golf Resort” adlandırıb.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!