Türkiyənin məşhur A&G Araşdırma şirkəti 24 iyun növbədənkənar prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın ilk turda qalib olacağını iddia edib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Araşdırma şirkətinin rəhbəri Adil Gür bildirib ki, keçiriləcək seçkidə Ərdoğan səslərin 55%-ni toplayacaq. Beləliklə, seçkilər ilk turda yekunlaşacaq.
Adil Gürün sözlərinə görə, Ərdoğann əsas rəqibi Muharrem İnce də gözləniləndən daha çox səs toplaya bilər. Ancaq bu, böyük ehtimalla seçkilərin ikinci tura qalmasına yetərli olmayacaq.