Modern.az

Ərəb Ölkələri Liqası da Liviya üsyançılarının hökumətini tanıdı

Ərəb Ölkələri Liqası da Liviya üsyançılarının hökumətini tanıdı

Dünya

25 Avqust 2011, 16:13

Bütün ərəb dövlətlərinin daxil olduğu Ərəb Ölkələri Liqasının Məsləhətçi Şurasının 25 avqustda qəbul etdiyi qərara görə, Liviyanı bu təşkilatda Milli Keçid Şurası təmsil edəcək.

Modern.az xarici mətbuata istinadən bildirir ki, Qəddafini taxtdan salan üsyançıların hökuməti Liqanın daimi üzvü olacaq. İndiyə qədər isə Liviya höküməti burada müşahidəçi qismində idi.

2011-ci ilin martında Ərəb Ölkələri Liqası Liviya xalqını Liviya höküməti tərəfindən başladılmış hərbi əməliyyatlardan qorumaq üçün BMT-yə müraciət edənlər arasında olub.

Qərb ölkələri, ərəb ölkələrinin çoxu, bəzi Asiya və Afrika dölətləri üsyançıların hökümətini tanıyıb. Rusiya, Çin, Latın Amerikası ölkələri isə bununla bağlı hələ addım atmayıb.

Qeyd edək ki, üsyançılar 22 avqustda paytaxt Tripoliyə daxil ola biliblər və Qəddafinin iqamətgahını ələ keçiriblər.

Liviya liderinin indi harda olduğu məlum deyil. Rəqibləri onun başı üçün 1.6 milyon dollar qiymət qoyublar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza