Modern.az

ABŞ Şimali Koreya ilə danışıqları bərpa edir

ABŞ Şimali Koreya ilə danışıqları bərpa edir

25 May 2018, 17:53

ABŞ Şimali Koreya ilə danışıqlar prosesini yenidən başlayır.

 

Modern.az xəbər verir ki, bu barədə “CNBC” kanalına ABŞ prezidenti Donald Tramp bildirib.

“Görək nə baş verəcək. İndi biz onlarla danışırıq” – Tramp bildirib.

 

O həmçinin təxirə salınmış görüşün hələ də baş tutma şansının olduğunu da vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya aradakı anlaşılmazlığın aradan qaldırılması üçün ABŞ ilə hər zaman və istənilən formatda görüşlərin keçirilməsinə hazır olduğunu bildirib.

 

Əvəz ZEYNALOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır