Modern.az

Ərdoğan avro və dollardan imtina etməyə ÇAĞIRDI

Ərdoğan avro və dollardan imtina etməyə ÇAĞIRDI

26 May 2018, 17:33

Ərdoğan Rusiyanın Türkiyəyə 1 milyard dollar təzminat ödəcəyini deyib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir kİ, bu gün Türkiyə  prezidenti  Rəcəb Tayyib Ərdoğan seçki kompaniyası çərçivəsində  Ərzurum şəhərində mitinq keçirib. Ərdoğan seçicilərlə görüşü zamanı bildirib ki, Rusiyadan “Mavi axın” və “ Qərb” xəttindən alınan qaz qiymətlərinə üç il əvvəl endirim tələb edilib. Ancaq tələb yerinə yetirilməyib.

 

Bundan sonra rəsmi Ankara Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib.  Tərəflər arasında uzun müzakirələr nəticəsində 2015-2016-cı illərdə təbii qazda 10,25% endirim olunması ilə bağlı razılığa gəlinib.  Nəticədə Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəməlidir.

 

Rəcəb Tayyib Ərdoğan mitinq zamanı  Türkiyə xalqına avro və dollardan istifadə etməməyi məsləhət görüb. Belə ki, Ərdoğan əhalini xarici valyutalarını türk lirəsinə dəyişməyə çağırıb.

 

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır