“Əl Qaidə” terror təşkilatının iki nömrəli adamı Atiye Abdürrahmanın Pakistanda öldürüldüyü barədə məlumat yayılıb. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 30 yaşlarında olduğu sanılan Abdürrahmanın bir zamanlar Bin Ladenin sirdaşı olduğu və onun İran nümayəndəsi vəzifəsini yerinə yetirdiyi ibildirilir.
ABŞ rəhbərliyindəki yüksək səlahiyyətli şəxsin bildirdiyinə görə, Abdürrahman 22 avqustda Pakistanın Veziristan bölgəsində öldürülüb. Adının açıqlanmasını istəməyən səlahiyyətli “Əl Qaidə” liderinin necə öldürüldüyünü izah etməyib.
Liviyada doğulan Abdürrahmanın “Əl Qaidə” lideri Usamə bin Ladenin may ayında Pakistanda öldürülməsindən sonra əməliyyat rəhbərindən iki nömrəli liderə yüksəldiyi qeyd edilir.