Modern.az

Qəddafinin özü axtarılır, arvadı, qızı, iki oğlu və nəvələri isə Əlcəzairə keçiblər

Qəddafinin özü axtarılır, arvadı, qızı, iki oğlu və nəvələri isə Əlcəzairə keçiblər

Dünya

30 Avqust 2011, 09:36

“Frans Press”in xəbərinə görə, Əlcəzairin informasiya agentlikləri Müəmmər Qəddafinin ailə üzvlərinin, iki oğlunun, qızının, həyat yoldaşının və nəvələrinin sərhədi keçərək Əlcəzairə getdiklərini bildirirlər.
Məlumata görə, Qəddafinin arvadı Safiyə, qızı Aişə, oğulları Məhəmməd və Hannibal öz övladları ilə Liviya-Əlcəzair sərhədindən Əlcəzair ərazisinə keçiblər.

Bu arada isə Liviya müxalifət qüvvələri ölkənin paytaxtında nəzarəti ələ keçirdikdən sonra Müəmmər Qəddafini yaxalamaq üçün onun doğma şəhəri Sirtəyə doğru irəliləyirlər. Üsyançıların Misratadakı komandirləri müxalifət qüvvələrinin Tripolidən 450 km məsafədə yerləşən Sirtənin 30 km-liyində olduqlarını deyirlər. Müxalifət sözçüsü dünən birldirib ki, qəbilə liderləri ilə danışıqlar baş tutmadığı təqdirdə, üsyançılar Sirtəni almaq üçün zor tətbiq edəcəklər.

Üsyançılar Tripolini ələ keçirdikdən bəri Müəmmər Qəddafinin yeri məlum deyil və onun Sirtəyə qaçaraq, orada gizləndiyi guman edilir. Müxalifətin təmsil olunduğu Milli Keçid Şurasının başçısı Mustafa Cəlil deyib ki, Qəddafi hələ də Liviyaya və dünyaya təhlükə olmaqda davam edir.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza