Modern.az

Prezident 6 generalı işdən qovdu

Prezident 6 generalı işdən qovdu

4 İyun 2018, 23:58

Rusiya prezidenti Vladimir Putin güc strukturlarında çalışan 6 generalı vəzifədən kənarlaşdırıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə müvafiq fərman hüquqi informasiya portalında dərc olunub.

İnformasiyaya görə, FHN rəhbərinin birinci müavini Vladimir Stepanov vəzifəsindən azad edilib.

Bundan başqa, azad edilən generallar arasında bir müddət əvvəl dövlət əmlakının talan edilməsi maddəsilə barəsində cinayət işi açılmış Kemerovo vilayətinin FHN baş idarəsinin rəhbəri Aleksandr Mamontov da yer alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır