Modern.az

Evli qadını öpən prezident istefasından DANIŞDI

Evli qadını öpən prezident istefasından DANIŞDI

6 İyun 2018, 15:18

Filippin prezidenti Rodriqo Duterte ona qarşı bütün ölkə qadınlarının çıxış etməsi qarşılığında tutduğu postdan istefa verəcəyini bildirib.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, prezident bu yaxınlarda baş vermiş qalmaqalla əlaqədar bu cür bəyanat verib.

“Düşünürəm ki, bütün qadınlar mənə qarşı petisiyanı imzalasalar, mən istefa verəcəm” – Duterte bildirib.

 

Qalmaqal Filippin prezidentinin Cənubi Koreyada yaşayan filippinlilərlə görüşü zamanı yaşanıb. Görüş zamanı o evli bir filippinli qadına kitab müqabilində onu öpməsini təklif edib.

Onun bu hərəkəti sosial şəbəkə istifadəçiləri və hüquq müdafiəçilərinin qəzəbinə səbəb olub.

 

Qeyd edək ki, Filippin prezidenti Radriqo Duterte qadınlara qarşı qeyri-adekvat bəyanatları ilə məşhurdur. O ictimai  şəkildə bir neçə dəfə təcavüz haqda zarafat belə edib. Bu ilin may ayında qadın hüquq müdafiəçiləri sosial şəbəkələrdə “Mən qadınam” adlı kompaniya başladıblar. Bu kompaniyanın əsas məqsədi prezidenti bu cür ifadələrdən çəkindirməkdir.

 

Əvəz ZEYNALOV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır