Modern.az

BMT Təhlükəsizlik Şurasının Ukrayna bəyanatı

BMT Təhlükəsizlik Şurasının Ukrayna bəyanatı

Dünya

6 İyun 2018, 21:52

BMT Təhlükəsizlik Şurası Ukraynanın şərqində atəşkəsin pozulmasını pisləyən bəyanat qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib: “Təhlükəsizlik Şurası atəşkəsin pozulmasının davam etməsini, xüsusilə  Minsk razılaşması ilə qadağan edilən ağır silahların istifadəsini pisləyir. Ağır silahlardan istifadə mülki şəxslər daxil olmaqla insanların ölümünə səbəb olur”.

 

Şura üzvləri tərəflərdən Minsk razılaşmasının müddəalarına uyğun olaraq qüvvələri geri çəkmək və ağır silahların dərhal çıxarılmasına dair öhdəliklərini yerinə yetirməyi tələb ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır