Modern.az

“TAP Albaniyada böyük miqyaslı ilk enerji layihəsidir” – Albaniyalı nazir

“TAP Albaniyada böyük miqyaslı ilk enerji layihəsidir” – Albaniyalı nazir

Dünya

11 İyun 2018, 20:44

“Trans Adriatik təbii qaz boru kəməri (TAP) layihəsi Albaniyanın qazlaşdırılmasına və ümumilikdə enerji sektoruna müsbət təsir göstərəcək”. Modern.az APA-ya istinadən xəbər verir ki, TAP konsorsiumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Albaniyanın infrastruktur və energetika naziri Damian Gjiknuri TAP-ın Albaniyanın Fier şəhərindəki kompressor stansiyasında turbo kompressorların quraşdırılması mərasimində bildirib.

 

O, TAP-ın Albaniya iqtisadiyyatı və ölkənin gələcəyi üçün strateji əhəmiyyətini vurğulayaraq bu layihənin Albaniyada bu miqyasda tətbiq olunan ilk enerji layihəsidir və onun inkişafı təqdirəlayiqdir.

 

TAP-ın ölkəyə müsbət təsiri barədə danışan D. Gjiknuri həm alban işçi qüvvəsinin, həm də yerli şirkətlərin layihədə iştirakını yüksək qiymətləndirib.

 

Qeyd edək ki, TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb.

 

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

 

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU