Modern.az

Sərnişin təyyarəsi təcili eniş etdi

Sərnişin təyyarəsi təcili eniş etdi

Dünya

11 İyun 2018, 22:57

Təyyarə partlayış təhlükəsi səbəbindən təcili eniş etdi. Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, "United Airlines" aviaşirkətinə məxsus təyyarə bomba haqqında məlumat yazılmış məktubun aşkar olunmasından sonra İrlandiyada təcili eniş edib. Məlumata görə, məktub təyyarənin tualetindən tapılıb.

Göyərtəsində 214 sərnişin və heyət üzvünün olduğu Romadan Çikaqoya uçan "Boeing 767-300" təyyarəsi İrlandiyanın "Şennon" hava limanına eniş edib. Hava gəmisini "təcili yardım" və yanğınsöndürən maşınlar qarşılayıb.

Təxliyyə olunmuş sərnişinlər yerli otellərə yerləşdirilib. Polis təyyarənin içərisində şübhəli əşya aşkar etməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU