Modern.az

Tramp Şimali Koreya liderini Ağ evə dəvət edir

Tramp Şimali Koreya liderini Ağ evə dəvət edir

Dünya

15 İyun 2018, 23:41

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın Ağ Evə dəvət ediləcəyini istisna etməyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezident "Fox News" telekanalına müsahibəsi zamanı bildirib.

 

D.Tramp qeyd edib ki, Şimali Koreya lideri ilə aralarında yaxşı münasibət yaranıb: “Mən bilmirəm, bunu demək siyasi cəhətdən nə qədər düzgündür, amma bu baş veridi. Onlar artıq raket mühərriklərini sınaqdan keçirdikləri obyekti partladıblar. Onlar bizə orada həlak olan qəhrəmanlarımızın qalıqlarını qaytarılır".

 

ABŞ prezidenti qeyd edib ki, biz KXDR-da nüvə silahının olmadığından əmin olduğumuz zaman onlara qarşı sanksiyalar ləğv olunacaq.

 

Qeyd edək ki, iyunun 12-si Sinqapurun Sentosa adasında yerləşən "Kapella" otelində ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirilib.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU