Əfqanıstanda hüquq-mühafizə orqanları nümayəndələri ilə Talibanın təmsilçiləri arasında görüş zamanı partlayış baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış Nanqarhar şəhərində baş verib. Terror aktı nəticəsində 26 nəfər ölüb, 50 nəfər yaralanıb.
Əfqanıstan mətbuatı partlayış nəticəsində ölənlərin hamısının Əfqanıstan xüsusi xidmət orqanları əməkdaşları və Taliban döyüşçüləri olduğunu bildirib.
Məlumatda bildirilir ki, Partlayışı "talibançı"larla Əfqanıstanın təhlükəsizlik qüvvələrinin görüşünə gəlmiş kamikadze törədib.
İŞİD terror təşkilatı Nanqarhar şəhərindəki partlayışa görə məsuliyyəti üzərinə götürüb.