Modern.az

Moskvada taksi əcnəbi azarkeşlərə çırpıldı - VİDEO

Moskvada taksi əcnəbi azarkeşlərə çırpıldı - VİDEO

16 İyun 2018, 22:43

Moskvanın mərkəzində taksi bir qrup meksikalı azarkeşin olduğu kütlənin içərisinə girib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, taksi əvvəl yol nişanında dəyib, daha sonra idarətetməni itirən sürücü onu insanların içinə sürüb.

 

İlkin məlumata görə, səkkiz nəfər yaralanıb. Hadisədən sonra sürücü qaçmağa çalışsa da, tezliklə saxlanılıb.

 

Qəzanın səbəbləri, eləcə də, qəzaya məruz qalan insanların vəziyyəti müəyyənləşdirilir.

 

İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU