Modern.az

Norveç 22 il sonra tamamilə elektrik təyyarələrdən istifadə edəcək

Norveç 22 il sonra tamamilə elektrik təyyarələrdən istifadə edəcək

26 İyun 2018, 23:39

Norveçin hakimiyyət orqanları ölkənin bütün hava daşımalarını elektrik təyyarələrində həyata keçirməyi planlaşdırırlar. Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə Sloveniyanın aviasiya istehsalçısı "Pipistrel"ə istinadən xəbər yayıb.

 

Bildirilir ki, şirkət iyunun 18-də Oslo aeroportunda iki nəfərlik "Alpha Electro" təyyarəsinin ilk sınağını keçirib. Hava maşınını "Avinor" şirkətinin rəhbəri Daq Falk Pedersen idarə edib. O, Norveçin mülki aeroportlarının əksəriyyətinin operatorudur. Təyyarənin sərnişini isə Norveçin nəqliyyat naziri Ketil Solvik-Olsen olub.

 

Elektrik təyyarə 50 kilovatlıq gücə malik mühərriklə və 21 kilovat-satlıq batareya ilə təchiz olunub. Bu, 1 saatlıq uçuş üçün kifayətdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB