Avropa İttifaqı Şurası Türkiyənin üzvlüyə qəbulu ilə bağlı prosedurun dalana düşdüyünü elan edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birliyin qəbul etdiyi qətnamədə deyilir.
“Türkiyə get-gedə daha çox Avropa Birliyindən uzaqlaşır. Ona görə də, iki tərəf arasında Gömrük razılaşmasının liberallaşması prosesi dərinləşməyəcək. Türkiyə ilə danışıqlar faktiki olaraq dalan dirənib”.