Modern.az

Metyu Brayza: "Ağ Evə hücumdan 24 saat keçməmiş mənə Heydər Əliyevdən təklif gəldi"

Metyu Brayza: "Ağ Evə hücumdan 24 saat keçməmiş mənə Heydər Əliyevdən təklif gəldi"

Dünya

12 Sentyabr 2011, 19:19


Sentyabrın 12-də ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Nyu York və Vaşinqtonda törədilmiş 11 sentyabr 2001-ci il terror hücumlarının onuncu ildönümünün rəsmi xatirə mərasimini təşkil edib. Xarici İşlər Nazirinin müavini Hafiz Paşayevin rəhbərlik etdiyi Azərbaycan dövlət rəsmiləri, Əfqanıstanda mübarizə aparan və ölkənin yenidən qurulmasında iştirak edən Koalisiya əməkdaşlarının, habelə Əfqanıstandakı beynəlxalq səylərə mühüm nəqliyyat dəstəyi verən və terrorçuluğa qarşı mübarizədə kömək göstərən ölkələrin diplomatik nümayəndələri ABŞ-ın Bakıdakı Səfirliyində keçirilən mərasimdə iştirak ediblər.

ABŞ səfirliyindən Modern.az-a verilən məlumata görə, səfir Brayza terrorla mübarizədə həyatını qurban verənlərin xatirəsinə əklil qoyub. ABŞ Dəniz Qüvvələrinin Avropa Hərbi qrupu həlak olmuşların şərəfinə matəm marşı ifa ediblər.

Səfir Brayza hücumdan sonra meydana çıxan həmrəyliyi yüksək dəyərləndirib və iştirakçılara bildirib ki, birgə əməyin nəticəsidir ki, bütün millətlər daha təhlükəsiz vəziyyətdədirlər. Cənab Brayza iştirakçılara deyib: “Beynəlxalq icma olaraq biz göstərdik ki, terrorçular və onları idarə edən ideoloji ekstremistlər bizim vətəndaşların güc və dözümü ilə müqayisə edilə bilməzlər”.

Səfir Brayza xatırladıb ki, 11 sentyabrda Ağ Evdə  işləyərkən hücumlardan 24 saat keçməmiş ona Prezident Heydər Əliyevin Birləşmiş Ştatlara qeyri-hərbi hava qüvvələri üçün ölkə üzərində məhdudiyyətsiz uçuş icazəsi təklif etməsi xəbəri verilib. “Həmrəyliyin bu ani ifadəsi həmin gün Prezident də daxil olmaqla, Ağ Evdə olanlarımızın hər biri üçün böyük məna kəsb edirdi” –deyə Brayza qeyd edib.
“Azərbaycanın sayəsində bildik ki, biz tək deyil, ən böyük ehtiyac anında bizə əllərini uzadan dostlarımızla həmrəy qalacağıq”.

M.Brayza Azərbaycan və Beynəlxaq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstək verən digər olkələrə Əfqanıstandakı əməkdaşlıqlarına görə təşəkkürünü bildirib. O, Əfqanıstanda beynəlxalq təhlükəsizliyi və yenidənqurma işlərini dəstəkləmək məqsədilə qeyri-hərbi yüklərin nəql edilməsində Azərbaycanın və qonşu ölkələrin vacib rolunu qeyd edib.
Sonra 6 iyul 2011-ci ildə Əfqanıstanın Baqram hava limanına yaxınlaşarkən qəzaya uğramış “SilkWays” şirkətinə məxsusu təyyarənin heyət üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xarici işlər nazirinin müavini Hafiz Paşayevlə bərabər digər dövlət rəsmiləri tədbirdə iştirak ediblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza