Modern.az

Kim Çen In generalı əsgər payına görə güllələtdirdi

Kim Çen In generalı əsgər payına görə güllələtdirdi

27 İyun 2018, 17:50

Şimali Koreya lideri Kim Çen In əsgərlərə əlavə yemək vermək barədə göstəriş verən general-leytenant Xön Çu Sonu güllələmək barədə göstəriş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar Pxenyandakı hərbi akademiyalardan birinin ərazisində icra olunub. Xön Çu Sonu “səlahiyyətləri aşmaq”, “düşmənə yardım” və “antipartiya fəaliyyəti” ittihamları irəli sürülüb.

 

Qeyd olunur ki, general Soxe raketdromu yaxınlığında yerləşən hərbi qulluqçulara əlavə 1 ton yanacaq, 580 kiloqram düyü və 750 kiloqram qarğıdalı göndərilməsi barədə göstəriş verib.

 

Bundan xəbər tutan Kim Çen Inın qəzəbləndiyi bildirilir.   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur