"Hökumətin qorxacağını, istefa verib və çəkiləcəyini düşünənlər səhv edir. Biz heç bir halda ABŞ qarşısında boyun əyməyəcəyik və tarixi milli böyüklüyümüzü saxlayacağıq, ABŞ-ı isə bu iradi mübarizədə diz çökdürəcəyik”. Modern.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib.
İran prezidenti bildirib ki, işsizlik problemi, yoxsulluqla mübarizə, bazar və istehsalın tənzimlənməsi üçün yeni proqramlar hazırlanaraq icra ediləcək.