Modern.az

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb

28 İyun 2018, 00:46

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti aşkar edilib. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib.

 

O qeyd edib ki, Azərbaycan vətəndaşı Sabit Qazıyev gecə saat 3 radələrində Şəhid Münür küçəsi, Kofalı yaşayış massivində tək yaşadığı həyət evində ölmüş vəziyyətdə tapılıb. Mərhumun meyiti müayinə üçün Lefkoşa Dr. Burhan Nalbəndoğlu Xəstəxanasına təhvil verilib. Cəsəd üzərində hər hansı bir zorakılıq əlamətləri aşkar edilməyib.

 

Faktla bağlı polis tərəfindən araşdırma aparılır. Azərbaycan vətəndaşının hansı səbəbdən vəfat etdiyi sabah bilinəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur