Modern.az

Sarkisyanın komandasından daha bir nəfər həbs olundu

Sarkisyanın komandasından daha bir nəfər həbs olundu

28 İyun 2018, 11:39

Ermənistan dövlət mühafizə xidmətinin rəisin keçmiş müavini Vaçaqan Kazaryan həbs edilib.

 

Modern.az ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Xüsusi təhqiqat xidməti məlumat yayıb.

 

O, gəlirləri gizlətmək və qeyri-qanuni şəkildə sərvətini artırmaqda ittiham olunur.

İyunun 20-də Kazaryanın villasında aparılan axtarış tədbirləri nəticəsində 35 milyon dram, 1 milyon 110 min 400 dollar, 230 min 500 avro, qarajında isə əlavə 2 min dollar aşkarlanıb.

 

Daha sonra iyunun 25-də onun “Ardşinbankdakı hesabından 50 min dollar, “Unibank”dakı hesabından isə 120 min dollar və 436 milyon dram nəğdləşdirilib.

Bütün bunlardan sonra Kazaryan həbs edilib.

 

Əvəz ZEYNALOV

 

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB