Türkiyənin Səadət Partiyası (SP) prezident Rəcəb Tayyib Ərdoğana çağırış edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Səadət Partiyası Ərdoğana cəmiyyətdə artan gərginliyi azaltmaq üçün bütün siyasi partiya liderlərinin iştirakı ilə toplantı keçirilməsi barədə müraciət edib.
Səadət Partiyası qeyd edir ki, ən mühüm ehtiyac sülh, əmin-amanlıq və qardaşlıq mühitinin yaradılmasıdır.
"İclas birlik və bərabərliyin güclənməsinə müsbət təsirini göstərəcək",- deyə müraciətdə vurğulanıb.