Əfqanıstanda terror aktı törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Loqar əyalətində baş verib. Minalanmış avtomobilin partladılması nəticəsində 1 dinc sakin ölüb, daha 4-ü yaralanıb.
Məlumata əsasən, hədəfdə NATO qüvvələrinin konvoyu olsa da, hərbçilər arasında zərərçəkən olmayıb.
İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, iyulun 1-də Əfqanıstanın Cəlalabad şəhərində törədilən partlayış nəticəsində 19 nəfər ölüb.