Modern.az

Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi

Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi

Dünya

3 İyul 2018, 15:37

Ermənistanın sabiq müdafiə naziri Mikael Arutunyan 2008-ci il 1 mart hadisələri ilə bağlı axtarışa verilib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iyulun 3-də istintaq qrupu onu 2008-ci ilin 1-2 mart hadisələri zamanı konstitusion hakimiyyəti devirməkdə təqsirli bilib. Və Cinayət Məcəlləsinin 300-cü maddəsi əsasında axtarışa verilib.

 

2008-ci ilin mart hadisələri zamanı müxalifətin mitinqinin dağıdılması zamanı 10 nəfər həlak olmuş, 250-dən çox insan isə yaralanmışdı.

 

 

 

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB