Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) əfsanəvi futbolçu Dieqo Maradonanın İngiltərə-Kolumbiya matçının hakimi Mark Geygeri tənqid etməsinə sərt reaksiya verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Maradona hakimin Kolumbiya qapısına on bir metrlik cərimə zərbəsi təyin etməsini “tarixin ən böyük qələbə oğurluğu” adlandırmışdı. FİFA isə hakimin qaydalara uyğun hərəkət etdiyini açıqlayıb.