Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyan qəsdən adam öldürməyə cəhddə ittiham olunur.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İstintaq Komitəsi 2007-ci il aprelin 1-də Yerevanda David Simnoyanın güllələnməsi olayını Aykla bağlayır.
Dostunu güllələyən Ayk Sarkisyanın öz əmisinin köməyi ilə istintaqdan yayına bildiyi xəbər verilir.