İstanbul polisi xüsusi əməliyyat keçirib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, 11 müxtəlif ünvanda keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatının 33 üzvü saxlanılıb.
Məlumata görə, saxlanılanların 28 nəfəri xarici vətəndaşlardır.