Rusiyada fövqəladə vəziyyət elan edilib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb Rusiyanın Kabarda-Balkar respublikasında çayların daşma təhlükəsi olub.
Belə ki, bölgədə yağan aramsız yağış nəticəsində Baksan çayının hövzədən çıxması təhlükəsi mövcuddur.
Bildirilir ki, daşan sel suları Elbrus dağlarının ətəklərində isə federal yolların 12 sahəsini, eləcə də 2 körpünü dağıdıb.
Qeyd olunur ki, fövqəladə vəziyyət bütün respublika ərazisində iyulun 5-dən başlayaraq qeyri-müəyyən müddətə elan olunub.