Modern.az

Sanksiyaların müddətini daha 6 ay uzadıldı

Sanksiyaların müddətini daha 6 ay uzadıldı

5 İyul 2018, 22:11

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay uzadıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

 

“İyulun 5-də Şura Rusiya iqtisadiyyatının spesifik sektorlarına yönəlmiş sanksiyaları 2019-cu il yanvarın 31-nə qədər uzadıb”, - deyə Şuranın bəyanatında bildirilir.

 

Açıqlamada deyilir ki, bu qərar Aİ zirvəsində Fransa və Almaniya liderləri tərəfindən Minsk razılaşmalarının yerinə yetirilmə vəziyyəti barədə digər dövlət və hökumət başçılarına məlumat verildikdən sonra qəbul olunub.

 

Qərar iyulun 9-da Aİ-nin rəsmi dərgisində dərc olunduqdan sonra qüvvəyə minəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı