ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında növbəti görüşün İsveçrədə keçirilməsi gözlənilir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-Şimali Koreya sammitinin Cenevrə şəhərində keçirilməsi gözlənilir.
Qeyd olunur ki, artıq rəsmi Pxenyan İsveçrəyə nümayəndələrini göndərərək Cenevrədə münasib mehmanxana və konfrans zallarının olub-olmamasını araşdırır. Bu şəhəri Çinlə Cənubi Koreya arasında keçiriləck danışıqlarda da istifadə etmək düşünülür.