Modern.az

Lavrov İranın xarici işlər naziri ilə müzakirə apardı

Lavrov İranın xarici işlər naziri ilə müzakirə apardı

6 İyul 2018, 15:29

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanada görüşüb.

 

Modern.az-ın məlumatına görə, görüş zamanı müzakirə olunan əsas mövzular İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Fəaliyyət Planının icrasının davam etdirilməsi və Suriya məsələləri olub.

 

Qeyd olunur ki, müzakirənin diqqət mərkəzində ABŞ-ın nüvə sazişini tərk etməsindən sonra bu sənədin icrasının davamı yer alıb.

Bu gün həmçinin sazişə üzvü olan digər ölkələrin nazirlərinin görüşü planlaşdırılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı