Modern.az

Rusiyadan Bakıya təhlükəli cinayətkar ekstradisiya olunacaq

Rusiyadan Bakıya təhlükəli cinayətkar ekstradisiya olunacaq

Dünya

9 İyul 2018, 15:33

Rusiyanın Voloqda vilayətinin Şeksnı rayonundakı həbsxanada cəza çəkən şəxs Azərbaycan ekstradisiya olunacaq.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Azərbayc an vətəndaşı olan cinayətkar 2017-ci ildə Tolyattidə adam oğurladığı üçün 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Onun 2005-ci ildə Azərbaycanda 2 nəfəri öldürməyə cəhd etdiyini üçün axtarıldığı da üzə çıxıb. Azərbaycan Baş Prokurorluğunun müraciəti əsasında, o Bakıya deportasiya olunacaq.    

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR