Modern.az

Ərdoğandan Suriyaya növbəti sərt mesaj: "Öz xalqına zülm edənlər ayaqda qala bilməyəcəklər"

Ərdoğandan Suriyaya növbəti sərt mesaj: "Öz xalqına zülm edənlər ayaqda qala bilməyəcəklər"

16 Sentyabr 2011, 18:41

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan inqilabi dəyişikliklər baş verən ərəb ölkələrində səfərini davam etdiri. Ərdoğan Tunisdən Liviya paytaxtı Tripoliyə gəlib.

Türkiyə Baş Naziri "Ərəb dirçəlişi" dalğasından keçmiş ölkələrə səfərinə Misirdən başlayıb.

Təhlilçilər onun Misirdə coşqu ilə qarşılanmasını türk liderinin artan regional statusunun təsdiqi hesab edirlər.

Ərdoğanı Liviyadada böyük coşqu ilə qarşılayıblar. Ərdoğan Liviyada Şəhidlər Meydanında xalqa müraciət edib: "Liviya xalqının azadlıq və demokratiya mübarizəsinin zəfərlə sonuclanmasına şahid olmaq mənim üçün böyük bir həyəcandır, böyük bir xoşbəxtlikdir”.
Baş nazir hələ də təslim olmayan Qəddafinin doğma şəhəriə də səslənib: “Buradan Sirteyə səslənirəm, buradan Bin Vəlidə səslənirəm, buradan Sebaya səslənirəm: gəlin, buradakı qardaşlarınızla qucaqlaşın. Qan tökmək bizə yaraşmır. Bir olaq, birlikdə olaq və bu birliyimiz Liviyanın azadlığını, Liviyanın bir an əvvəl inkişaf edən ölkələr səviyyəsinə çıxmasını təmin etsin”.

Türkiyə baş naziri  Liviyadan Suriyaya səslənib: “Dünən Tunisdəydim. Yasəmən inqilabını reallaşdıranları salamladım. Ondan əvvəlki iki gün Misirdəydim. “Ərəb baharı”nı əsdirənləri salamladım. Bu gün sizlərləyəm. Bunu unutmayın; Suriyada da xalqına zülm edənlər ayaqda qala bilməyəcəklər. Çünki zülm ilə abad olunmaz”-deyə Ərdoğan vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza