Modern.az

Trampla Putin jurnalistlərin önünə çıxdılar: “Münasibətləri qaydasına salmaq üçün…”  

Trampla Putin jurnalistlərin önünə çıxdılar: “Münasibətləri qaydasına salmaq üçün…”  

16 İyul 2018, 15:50

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Finlandiya paytaxtı Helsinkidə görüşüblər.

 

Modern.az xəbər verir ki, bağlı qapılar arxasında görüşdən öncə, jurnalistlərin önünə çıxan iki ölkə lideri qısa dialoqa giriblər.

 

Ağ Ev rəhbəri Tramp Moskva və Vaşinqtonun birlikdə dünyanın nüvə arsenalının 90%-nə sahib olduğunu xatırladıb və bunun heç də yaxşı hal olmadığını deyib. O bundan başqa, münasibtələrin daha sıx olmasının vacibliyindən danışıb.

 

“Ölkələrimiz arasında münasibətlərini qaydaya salmaq üçün unikal şans var. Ümid edirəm ki, münasibətlərimiz qaydasına düşəcək”.

ABŞ lideri Dünya Çempionatını yüksək səviyyədə keçirdiyi üçün Putinə minnətdarlıq edib.

 

“Mən final matçını tam izlədim. Cənab Putini Çempionatın yüksək təşkilinə görə təbrik edirəm”-deyə Tramp vurğulayıb.

 

Putin isə öz növbəsində iki ölkə arasında münasibətlərin qaydaya düşəcəyinə inamını ifadə edib.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım