ABŞ prezidenti Donald Tramp nüvə problemini dünyanın ən böyük dərdi adlandırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə “Fox News”a açıqlamasında deyib.
Onun fikrincə, Rusiya və ABŞ dünya nüvə potensialının 90%-nə malikdir və bu situasiyada müəyyən addımlar atılmalıdır.
“Prezident Barak Obama deyirdi ki, qlobal istiləşmə dünyanın əsas problemidir amma mən deyərdim ki, nüvə “istiləşməsi” daha təhlükəlidir”.