Modern.az

Güclü yağış Gürcüstanda ciddi fəsadlar törədib

Güclü yağış Gürcüstanda ciddi fəsadlar törədib

22 İyul 2018, 21:23

Güclü yağış Gürcüstanın Kaxeti bölgəsində ciddi fəsadlar törədib. Modern.az APA-ya istinadən xəbər verir ki, çay səviyyəsinin qalxması nəticəsində Siqnaxi və Laqodexi rayonlarının 4 kəndində daxili yolları və yaşayış evlərini su basıb.

 

Fövqəladə halların İdarə olunması Xidməti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə tədbirləri davam etdirir.

 

Gürcüstanda qeyri-sabit hava şəraitinin sabah da davam edəcəyi gözlənilir. Fövqəladə halların İdarə olunması Xidməti və digər aidiyyatı qurumlar xüsusi rejimə keçiblər.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB