Türkiyə prezidenti Abdulla Gül bu gün Ankarada baş verən partlayışla bağlı açıqlama verib.
Gül Almaniya prezidenti Kristian Vulf ilə birlikdə getdiyi Osnabürk bələdiyyə binasında çıxış edib. Gül çıxışının əvvəlində Osnabürkə gəlmədən əvvəl üzücü xəbər aldığını deyib.
Prezidenti Ankarada baş verən hadisəni terror olaraq dəyərləndirib: "İnsanlıqdan heç nəsibini almamış insanların dinc insanlara qarşı terror həyata keçirdiyini və Ankarada bir partlayış törətdiklərini öyrəndim. Dünyasını dəyişənlər var. Onlara başsağlığı diləyirəm və bu terroru şiddətlə və nifrətlə pisləyirəm".
Qeyd edək ki, Ankarada baş verən terror hadisəsində yaralanan 27 nəfərdən 3-nün artıq öldüyü bildirilir.
Modern.az