Suriyanın Əs-Suveyda şəhərində törədilən partlayışda ölənlərin sayı 100-ə çatıb. 176 nəfərin də yaralandığı insidentin şəhər bazarında törədildiyi xəbər verilir.
XXX
Suriyanın cənub-qərbindəki Əs-Suveyda şəhərində törədilən terror aktı zamanı azı 38 nəfər həlak olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, daha 30 nəfər ağır xəsarət alıb.
Hadisənin terrorçu kamikadze tərəfindən törədildiyi bildirilir. Ona dəstək verən daha 3 terrorçu isə təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.