Modern.az

Əfqanıstanda tibb mərkəzinə hücumda 2 nəfər öldü

Əfqanıstanda tibb mərkəzinə hücumda 2 nəfər öldü

28 İyul 2018, 20:30

Əfqanıstanda tibb mərkəzinə edilən hücum nəticəsində iki nəfər ölüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində daha beş nəfər yaralanıb. Qeyd olunur ki, ölənlər mərkəzin əməkdaşlarıdır.

 

Məlumata görə, terrorçuların hücumunun qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb.

 

Hadisə ölkənin Nanqarhar vilayətində baş verib. Terrorçular mərkəzə yerli vaxtla 11:30-da hücum ediblər. Hücum beş saata yaxın davam edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU