Modern.az

UEFA Super Kubokunu bu hakimlər idarə edəcək

UEFA Super Kubokunu bu hakimlər idarə edəcək

2 Avqust 2018, 22:44

UEFA Super Kuboku uğrunda İspaniyanın “Real Madrid” və “Atletiko Madrid” komandaları arasındakı keçiriləcək matçı idarə edəcək hakimlər məlum olub. Modern.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Polşa Futbol Federasiyasının təmsilçisi Szimon Marçiniak olacaq.

 

2017-2018-ci illər mövsümündə UEFA Çempionlar Liqasının qalibi olan “Real Madrid” ilə UEFA Avropa Liqasının çempionu “Atletiko Madrid” arasındakı görüş avqustun 15-də Estoniyanın paytaxtı Tallindəki “Lillekula” stadionunda keçiriləcək.

 

Oyunda baş hakimə həmyerliləri Pavel Sokolniki və Tomas Listkievicz kömək edəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım